Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

Pencak-Silat Federasiyası ölkəmizi ABŞ da təmsil edəcək




Azərbaycan Velosiped İdmanı Federasiyasının yeni baş katibi seçilib

Azərbaycan Velosiped İdmanı Federasiyasının yeni baş katibi seçilib


Yanvarın 14-də Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) prezidenti Mədət Quliyevin sədrliyi ilə federasiyanın icraiyyə komitəsinin növbədənkənar iclası olub.
AzVİF-in mətbuat xidmətindən BrendSport.az-a bildiriblər ki, tədbirdə federasiyanın baş katibi vəzifəsinə səsvermə keçirilib. İcraiyyə komitəsinin üzvləri bu vəzifəyə namizədliyi irəli sürülən Elnarə Musayeva yekdilliklə səs veriblər.
Sonra federasiya prezidenti yeni idman direktoru, ukraynalı mütəxəssis Oleq Berezovskini tədbir iştirakçılarına təqdim edib.
İclasda 2022-ci ildə icrası planlaşdırılan məsələlər müzakirə edilib. Federasiya prezidenti məşqçilərin tədris prosesinin təkmilləşdirilməsinə, idmançıların təlim-tərbiyəsinə, onların ictimaiyyət arasında davranış qaydalarına və təhsil müəssisələrində davamiyyətə riayət etmələrinə xüsusi diqqət yetirmələrinə və bu məsələlərin plana salınmasına dair tapşırıq və tövsiyələrini verib.


Facebook-da paylaş