Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

Pencak-Silat Federasiyası ölkəmizi ABŞ da təmsil edəcək




Serbiyalı tennisçi Novak Cokoviç Avstraliyadan deportasiya ediləcək

Serbiyalı tennisçi Novak Cokoviç Avstraliyadan deportasiya ediləcək


Avstraliyanın immiqrasiya naziri Aleks Houk serbiyalı tennisçi Novak Cokoviçin vizasının ləğv edildiyini bildirib.
BrendSport.az xəbər verir ki, nazir 35 yaşlı tennisçinin ölkədən deportasiya olunacağını deyib.
A.Houkun sözlərinə görə, qərar cəmiyyətin maraqları nəzərə alınaraq qəbul edilib. Hökumət rəsmisi bu qərarın Avstraliyanı qorumaq məqsədi daşıdığını vurğulayıb.
Qeyd edək ki, serbiyalı tennisçi yanvarın 5-də Melburn hava limanında sənədlərlə bağlı problemlərə görə saxlanılıb. Avstraliyanın sərhəd xidməti Novak Cokoviçin bu ölkəyə giriş vizasını ləğv edib. Buna səbəb N.Cokoviçin peyvənd edilməmək üçün tibbi icazəyə malik olduğuna dair obyektiv və dürüst sübutlar təqdim edə bilməməsi olub. N.Cokoviç bununla bağlı Avstraliyada federal məhkəməyə müraciət edib. Yanvarın 10-da məhkəmə serbiyalının şikayətini təmin edib.
Xatırladaq ki, 34 yaşlı tennisçi “Böyük dəbilqə” turnirlərində 20 qələbə qazanıb. O, 9 dəfə “Australian Open”, 6 dəfə “Uimbldon”, 3 dəfə ABŞ açıq, 2 dəfə “Roland Qarros” turnirinin qalibi olub. Onun Peşəkar Tennisçilər Assosiasiyasının təşkilatçılığı ilə keçirilən turnirlərdə ümumilikdə 86 qələbəsi var. N.Cokoviç həm də Pekin Yay Olimpiya Oyunlarının bürünc mükafatçısıdır.


Facebook-da paylaş