Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Futzal üzrə Azərbaycan və Belçika yığmaları üçüncü dəfə üz-üzə gələcəklər

Futzal üzrə Azərbaycan və Belçika yığmaları üçüncü dəfə üz-üzə gələcəklər


Futzal üzrə Avropa çempionatının final mərhələsinə hazırlıq məqsədi ilə millimiz yanvarın 17-də yoldaşlıq oyunu keçirəcək. Borgloon şəhərində komandamız Belçika yığması ilə üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.
BrendSport.az Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, bu komandalar indiyədək 2 rəsmi oyunda üz-üzə gəliblər. Maraqlıdır ki, qrup oyunlarından biri Belçikada, digəri isə ölkəmizdə keçirilib. İlk duel “Avro-1999”un seçmə mərhələsi çərçivəsində baş tutub. 1998-ci ilin dekabrında Belçikada keçirilən matçda qalib müəyyənləşməyib – 4:4. İkinci görüş isə 16 ildən sonra reallaşıb. Bu dəfə tərəflər “Sərhədçi” İdman Olimpiya Mərkəzində gücünü sınayıb. 2015-ci il martın 18-də keçirilmiş görüşdə komandamız 3:1 hesabı ilə qələbə qazanıb.
Yanvarın 19-dan fevralın 6-dək Niderlandda keçiriləcək Avropa çempionatının final mərhələsində Azərbaycan millisi D qrupunda mübarizə aparacaq. Yığmamız yanvarın 22-də Gürcüstan, dörd gün sonra İspaniya, ayın 29-da isə Bosniya və Herseqovina ilə qarşılaşacaq.


Facebook-da paylaş

Xəbəri paylaş