Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

Pencak-Silat Federasiyası ölkəmizi ABŞ da təmsil edəcək




İsveçrə Milli Olimpiya Komitəsi “Pekin-2022” Qış Olimpiya Oyunlarını təxirə salmağa çağırıb

İsveçrə Milli Olimpiya Komitəsi “Pekin-2022” Qış Olimpiya Oyunlarını təxirə salmağa çağırıb


İsveçrə Milli Olimpiya Komitəsi (IMOK) Beynəlxalq Olimpiya Komitəsini (IOC) “Pekin-2022” Qış Olimpiya Oyunlarını təxirə salmağa çağırıb.
BrendSport.az İsveçrənin RTS televiziya kanalına istinadla xəbər verir ki, bu təşəbbüslə IMOK-un rəhbəri Ralf Ştokli çıxış edib.
IMOK rəsmisi müraciətində hər gün idmançıların koronavirus infeksiyasına yoluxmasının dərin narahatlıq doğurduğunu qeyd edib. “Bizim Qış Olimpiya Oyunlarının açılış mərasiminədək çox az vaxtımız var. Belə olan halda yarışın təxirə salınması barədə düşünə bilərik. Əgər Olimpiadaya güclü idmançılar getməyəcəksə, bu zaman vəziyyət daha pis olacaq. Bu, tələb deyil. Biz bu variantın müzakirə olunmasını istəyirik. Qış idman növlərinin inkişaf etdiyi Avropa ölkələrində vəziyyət daha çətindir. Bütün bunlar nəzərə alınmalıdır”, - deyə R.Ştokli bildirib.
Qeyd edək ki, “Pekin-2022” Qış Olimpiya Oyunları fevralın 4-dən 20-dək keçiriləcək. Yarışda Azərbaycanı hələlik fiqurlu konkisürənlər Vladimir Litvintsev və Yekaterina Ryabovanın təmsil etməsi dəqiqləşib.


Facebook-da paylaş