Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Qarabağ”ın rəqibi Fransa kuboku yarışlarında mərhələ adlayıb

“Qarabağ”ın rəqibi Fransa kuboku yarışlarında mərhələ adlayıb


Ağdamın “Qarabağ” futbol klubunun UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi Fransanın “Marsel” komandası ölkə kuboku yarışlarında növbəti matçına çıxıb. Baş məşqçi Xorxe Sampaolinin rəhbərlik etdiyi komanda 1/16 final mərhələsində “Şovini” ilə qarşılaşıb.
BrendSport.az xəbər verir ki, matçda 3:0 hesablı qələbə qazanan Marsel təmsilçisi adını növbəti mərhələyə yazdırıb. “Olimpik”in qollarını Arkadiuş Milik, Cengiz Ündər və Amin Arit vurublar.
“Qarabağ”ın “Marsel” ilə ilk oyunu fevralın 17-də Fransada baş tutacaq. Komandalar arasındakı cavab oyunu isə bir həftə sonra Bakıda keçiriləcək.


Facebook-da paylaş

Xəbəri paylaş