Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Əli Əliyev MMA üzrə Qran-Pri yarışının qalibi olub

Əli Əliyev MMA üzrə Qran-Pri yarışının qalibi olub

Bakıda "ASED Fighting Championship"in (AFC ASED) təşkilatçılığı ilə gənclər arasında MMA üzrə Qran-Pri yarışı keçirilib.
BrendSport.az xəbər verir ki, yarışda 8 komandadan 8 idmançı iştirak edib.
Altmış kiloqram çəki dərəcəsində təşkil olunan yarışda "AFC ASED"in "Gənc aslanlar" turnirindən seçilən idmançılar - İlham İsrafilov (“Qəbələ Olimpoya / Fuad Musayev Team"), Hüseyn Quluzadə (“Alfa Top Team”), Şahin Əliyev (“Gəncə FC"), Əli Əliyev (“Şəmkir / Yusif FC”), Xəzər Məhərrəmov (“Ağstafa FC”), Səid Cavadov (“Simral Team”), Qurban İbrahimov (“Abbasov Top Team”) və Kənan Şükürlü (“Alaqurşaq FC”) birincilik uğrunda mübarizə aparıblar.
Gərgin idman mübarizəsi şəraitində keçən turnirdə Ə.Əliyev və K.Şükürlü finala vəsiqə qazanıblar. Həlledici görüşdə rəqibini üstələyən Ə.Əliyev çempion olub.
Qalibə kubok, medal, sertifikat və pul mükafatı təqdim edilib.
Ə.Əliyev ötən il "AFC ASED" çərçivəsində keçirdiyi bütün döyüşlərdə qalib olduğu üçün gənclər arasında ilin ən yaxşı idmançısı seçilib.
Qalib "AFC ASED"in peşəkarlar arasında Qran-Pri çempionu Fərhad Zamanov və Samir Məhərrəmovun rəhbərliyi altında məşq edir.
Ə.Əliyevin növbəti rəqibi özü kimi məğlubedilməz İqbal Əzimov olacaq. Döyüş cari ilin əvvəllərində təşkil ediləcək.


Facebook-da paylaş

Xəbəri paylaş