Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Nağı Səfərov: Gənclərdən ibarət komandada potensiallı taekvondoçular var

Nağı Səfərov: Gənclərdən ibarət komandada potensiallı taekvondoçular var

Azərbaycan Taekvondo Federasiyasına (ATF) yenidən prezident seçilən Kəmaləddin Heydərov növbəti 5 il müddətinə quruma rəhbərlik edəcək.
BrendSport.az xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycan Taekvondo Federasiyasına hesabat-seçki konfransından sonra qurumun vitse-prezidenti Nağı Səfərov bildirib.
O, qeyd edib ki, taekvondoçulara hər zaman diqqət və qayğı göstərildiyindən və bu sahədə nailiyyətlər əldə edildiyindən yenidən K.Heydərova etimad göstərilib. Konfransda nizamnaməyə dəyişikliklərin təsdiq edildiyini vurğulayan N.Səfərov ölkəmizdə dünya çempionatını keçirmək istədiklərini bildirib: "Növbəti mötəbər yarışlardan birini Azərbaycanda keçirməyi planlşdırırıq. Uzun müddətdir ölkəmizdə dünya çempionatı təşkil etmək istəyirdik".
Vitse-prezident yığma komandanın üzvü Radik İsayevin millidə karyerasını davam etdirəcəyini də təsdiqləyib. O, bildirib ki, idmançı yekun qərarını 2022-ci il dünya çempionatından sonra verəcək.
Gənclərdən ibarət komandada potensiallı taekvondoçuların olduğunu vurğulayan N.Səfərov onlardan gələcəkdə yüksək nəticələr gözlədiklərini bildirib.


Facebook-da paylaş

Xəbəri paylaş