Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Uşaqlar arasında “Olimpiya ümidləri” adlı açıq karate birinciliyi start götürüb

Uşaqlar arasında “Olimpiya ümidləri” adlı açıq karate birinciliyi start götürüb


Dekabrın 25-də Vətən müharibəsində tarixi Zəfərin ildönümünə həsr olunmuş uşaqlar arasında “Olimpiya ümidləri” adlı açıq karate birinciliyi start götürüb.
BrendSport.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Hövsan qəsəbəsindəki İdman-sağlamlıq klubunda keçirilən yarışda 6-13 yaşlı qızlar və oğlanlar fərdi kata və kumite yarışlarında mübarizə aparırlar.
Yarışın birinci günündə 6-9 yaşarası oğlan və qızlar kata çıxışlarında, həmçinin 6 və 7 yaşlı oğlanlar kumitedə mübarizə aparacaqlar. 8-9 yaşlı oğlan və qızlar isə kumite yarışlarında güclərini sınayacaqlar.
Federasiyanın təqvim planı üzrə keçiriləcək ilin sonuncu turnirində respublikanın müxtəlif bölgələrindən klubların yetirmələri iştirak edirlər. Turnir dekabrın 26-da başa çatacaq.


Facebook-da paylaş

Xəbəri paylaş