Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Zirə” klubu Türkiyədə 3 yoxlama oyunu keçirəcək

“Zirə” klubu Türkiyədə 3 yoxlama oyunu keçirəcək


Azərbaycan Premyer Liqasında mübarizə aparan “Zirə” futbol klubunun qış hazırlıq planı müəyyənləşib.
BrendSport.az xəbər verir ki, Bakı təmsilçisi təlim-məşq toplanışı məqsədilə Türkiyəyə üz tutacaq.
Baş məşqçi Rəşad Sadıqovun komandası yanvarın 5-də qardaş ölkəyə yollanacaq və Antalyanın Lara bölgəsində məskunlaşacaq. Yanvarın 25-dək davam edəcək hazırlıq çərçivəsində 3 yoxlama oyununun keçirilməsi planlaşdırılır. Hələlik rəqiblərin adları dəqiqləşməyib.
Qeyd edək ki, “Zirə” qış fasiləsinə bir tur qalmış hazırda 22 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.


Facebook-da paylaş

Xəbəri paylaş