Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Almaniyada boks yarışı keçirilib

Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Almaniyada boks yarışı keçirilib


Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Almaniyanın Maqdeburq şəhərində boks üzrə yoldaşlıq yarışı təşkil edilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən BrendSport.az-a bildiriblər ki, Maqdeburqda fəaliyyət göstərən “Odlar Yurdu” boks klubunun təşəbbüsü və təşkilatçılığı ilə baş tutan yarışda digər idman klublarının müxtəlif millətlərdən olan boksçuları da iştirak ediblər.
Peşəkar boks üzrə Avropa və dünya çempionu Azad Əzizov yarışın açılışında çıxış edərək ulu öndər Heydər Əliyevin müasir müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində, inkişafında və beynəlxalq nüfuzunun artırılmasında misilsiz xidmətlərindən danışıb. O, ümummilli lider Heydər Əliyevin ölkəmizin taleyüklü məsələlərində siyasi qətiyyət nümayiş etdirdiyini, bütün peşəkar insanlara, o cümlədən idmançılara xüsusi diqqət və qayğı ilə yanaşdığını bildirib.
Yarış peşəkar boksçular Bəxtiyar İsgəndərzadə, Daniel Opitz, Muhammed İniyev, Stanislav Yemelyanov və qırğızıstanlı Boris Şminskinin rinqdə çıxışları ilə davam edib.


Facebook-da paylaş

Xəbəri paylaş