Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



UEFA Çempionlar Liqasının 2021-2022-ci il mövsümünün pley-off mərhələsinin püşkü yenidən atılıb

UEFA Çempionlar Liqasının 2021-2022-ci il mövsümünün pley-off mərhələsinin püşkü yenidən atılıb


Dekabrın 13-də futbol üzrə UEFA Çempionlar Liqasının 2021-2022-ci il mövsümünün səkkizdəbir final mərhələsinin püşkü yenidən atılıb.
BrendSport.az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilən püşkatma mərasimində pley-offda qarşılaşacaq cütlüklər müəyyənləşib.
Püşkatma zamanı klublar səpələnmişlər və səpələnməmişlər səbətlərində yer alıblar. Səkkizdəbir finalda eyni ölkə təmsilçiləri və eyni qrupda yer alan klublar bir-biri ilə qarşılaşmayacaqlar. Qrup qalibləri ilk matçı səfərdə, cavab oyununu isə evdə keçirəcək.
Püşkatmanın nəticələri aşağıdakı kimidir:
“Zaltsburq” (Avstriya) – “Bavariya” (Almaniya);
“Sportinq” (Portuqaliya) – “Mançester Siti” (İngiltərə);
“Benfika” (Portuqaliya) – “Ayaks” (Niderland);
“Çelsi” (İngiltərə) – “Lill” (Fransa);
“Atletiko Madrid” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə);
“Vilyarreal” (İspaniya) – “Yuventus” (İtaliya);
“İnter” (İtaliya) – “Liverpul” (İngiltərə);
“Paris Sen-Jermen” (Fransa) – “Real Madrid” (İspaniya).
Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları 2022-ci il fevralın 16-17-də və 23-24-də, cavab qarşılaşmaları isə martın 9-10-da və 16-17-də keçiriləcək. Dörddəbir final mərhələsinin görüşləri aprelin 5-6-da və 12-13-də, yarımfinal matçları aprelin 26-27-də və mayın 3-4-də oynanılacaq. Qitənin ən nüfuzlu klub turnirinin final görüşü mayın 28-də Sankt-Peterburqdakı “Qazprom Arena”da keçiriləcək.
Qeyd edək ki, püşkatma mərasiminin yenidən keçirilməsinə baş verən texniki problem səbəb olub.
İngiltərənin “Mançester Yunayted” və “Liverpul” klublarının adlarının yazıldığı şarlar səhvən fərqli qutulara qoyulub. Nəticədə “qırmızı şeytanlar” əvvəlcə eyni qrupda mübarizə apardığı İspaniyanın “Vilyarreal” klubu ilə rəqib olub. Səhv qısa zamanda aradan qaldırılsa da, bu dəfə La Liqa təmsilçisinin potensial rəqibləri arasında mersisaydlılar olmayıb. Həmçinin İspaniyanın “Atletiko Madrid” klubunun mümkün rəqibləri arasına qrupda birgə mübarizə apardığı “Liverpul”un adının yazıldığı şar qoyulub. “Mançester Yunayted”in adı isə həmin siyahıda yer almayıb.


Facebook-da paylaş

Xəbəri paylaş