Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Şahmat tacı uğrunda keçirilən dünya çempionatında Maqnus Karlsen daha bir qələbə qazanıb

Şahmat tacı uğrunda keçirilən dünya çempionatında Maqnus Karlsen daha bir qələbə qazanıb

Dubayda hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen ilə Rusiya təmsilçisi Yan Nepomnyaşi arasında şahmat tacı uğrunda dünya çempionatının 9-cu turu keçirilib.
BrendSport.az xəbər verir ki, bir gün istirahətdən sonra keçirilən növbəti turda qara fiqurlarla mübarizə aparan M.Karlsen rəqibi üzərində daha bir qələbə qazanıb.
Bununla da dünya çempionu rusiyalı şahmatçı ilə hesab fərqini daha da artırıb (6:3).
On dörd matçdan ibarət olacaq turnir dekabrın 15-dək davam edəcək.
Xatırladaq ki, Maqnus Karlsen 2013-cü ildə Hindistan təmsilçisi Vişvanatan Anand üzərində qələbə qazanaraq dünya şahmat tacına sahib olub. O, 2014-cü ildə Rusiyada V.Anandı, 2016-cı ildə ABŞ-da rusiyalı Sergey Karyakini və iki il sonra isə Böyük Britaniyada ABŞ təmsilçisi Fabiano Karuananı məğlub edərək titulunu qoruyub.


Facebook-da paylaş

Xəbəri paylaş