Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Açılışda gənclər və idman naziri Fərid Qayıbov da iştirak edib



Dekabrın 6-da Azərbaycan Pouerliftinq Federasiyası milli yığma komandasının təlim-məşq bazasının açılış olub. Açılışda gənclər və idman naziri Fərid Qayıbov da iştirak edib.

BrendSport.az
saytı xəbər verir ki, Azərbaycan Respublikasın Dövlət Himninin səsləndirilməsi ilə başlanan açılışda öncə federasiyanın fəaliyyəti barədə təqdimat olub. Tədbirdə çıxış edən nazir şəhid idmançı Muxtar Qasımlının atası Əli Qasımlıya xatirə plaketi təqdim edib. Açılışın qonağı olan qazilərə isə xatirə hədiyyələri təqdim edilib.

Yeni bazada yaradılmış şəraitlə tanış olan Fərid Qayıbov yığma komanda üzvləri ilə görüşüb və yeni mərkəzdə məşq proseslərini izləyib. Federasiya prezidenti Ələddin Əliyev nazirə qarşıdakı yarış və tədbirlər barədə məlumat verib.

Tədbirdə nazir müavini Mariana Vasileva, İdman şöbəsinin müdiri Fərid Mansurov, şəhid ailələrinin üzvləri, Vətən müharibəsi qaziləri, federasiya rəsmiləri və yığma komandanın üzvləri iştirak ediblər.


Facebook-da paylaş

Xəbəri paylaş