Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Qəbələ”nin U-16 komandası beynəlxalq turnirdə gücünü sınayacaq

“Qəbələ”nin U-16 komandası beynəlxalq turnirdə gücünü sınayacaq


“Qəbələ” klubunun 16 yaşadək futbolçulardan ibarət komandası Gürcüstanda beynəlxalq turnirdə iştirak edəcək.
BrendSport.az xəbər verir ki, “Dinamo Tbilisi”nin təşkilatçılığı ilə keçiriləcək yarışda meydan sahibləri ilə yanaşı, Litvadan “Ateitis”, Latviyadan “Riqa” və “Qəbələ” çıxış edəcək.
Reqlamentə əsasən, “Qəbələ” dairəvi sistemlə bütün rəqiblərlə üz-üzə gələcək. İlk iki yeri tutanlar final, digərləri üçüncü yer uğrunda oyuna vəsiqə qazanacaqlar.
“Qəbələ” klubu dekabrın 3-də “Riqa”, ertəsi gün isə “Ateitis” və “Dinamo” komandaları ilə qarşılaşacaq. Üçüncü yer uğrunda oyun və final matçı dekabrın 5-də təşkil olunacaq.


Facebook-da paylaş

Xəbəri paylaş