Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Üzgüçülük üzrə Azərbaycan çempionatının ilk qalibləri müəyyənləşib

Üzgüçülük üzrə Azərbaycan çempionatının ilk qalibləri müəyyənləşib


Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin, Azərbaycan Üzgüçülük Federasiyasının və Bakı Su İdmanı Sarayının birgə təşkilatçılığı ilə üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb.
BrendSport.az xəbər verir ki, Azərbaycan Üzgüçülük Federasiyasının rəhbərliyinin də qatıldığı açılış mərasimindən sonra müxtəlif yaş kateqoriyalarında 150 FİNA xalı toplamış 130-a yaxın qız və oğlan idmançılar güclərini sınayıblar. Yarışlarda Azərbaycan idmançıları ilə yanaşı, qardaş Türkiyə üzgüçüləri də mübarizə aparıblar. Açıq ölkə çempionatında Bakının müxtəlif klublarının üzvləri, Naxçıvan Muxtar Respublikasından və Sumqayıt şəhərindən üzgüçülər yarışıblar.
Yarışların ilk günündə oğlanlardan Abdurəhman Rüstəmov, Ramil Vəlizadə, Rəşad Alquliyev, Vəli İsrafilov, qızlardan isə Məryəm Şeyxəlizadəxangah, Selcan Əbdurəhmanlı, Ayan Kələntərova, Aysel Səfərova və Fatimə Alkərəmova kürsünün ən yüksək pillələrinə qalxıblar.
Bakı Su İdmanı Sarayında təşkil olunan çempionat üç gün davam edəcək. Qaliblər medallar, diplomlar və pul mükafatları ilə təltif olunacaq.


Facebook-da paylaş

Xəbəri paylaş