Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



İkili minibatut yarışlarında qızların mübarizəsində finalçılar bəlli olub

İkili minibatut yarışlarında qızların mübarizəsində finalçılar bəlli olub

Bakıda batut gimnastikası üzrə 28-ci dünya yaş qrupları yarışları davam edir.
BrendSport.az xəbər verir ki, turnirdə 13-14 yaş kateqoriyasında ikili minibatut yarışlarında qızların mübarizəsində finalçılar bəlli olub.
Medallar uğrunda ABŞ idmançıları Lea Edelman, Ava Dehanes, Samanta Brekenric, rusiyalı Sofiya Alyaeva, İlnara Süleymanova, Yuliya Karatkova, britaniyalı Emili Luk və Matilda Oliveyra (Portuqaliya) mübarizə aparacaqlar.
Noyabrın 28-dək Milli Gimnastika Arenasında davam edəcək yarışda ölkəmizi 15 gimnast təmsil edəcək. Yarışda 32 ölkədən 621 idmançı mübarizə aparır. Gimnastlar həm batut, həm tamblinq, həm də ikili minibatut üzrə yarışlarda 11-12, 13-14, 15-16 və 17-21 yaş kateqoriyalarında çıxış edəcəklər. Turnirdə gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili minibatut üzrə proqramlarda mübarizə aparacaqlar. Bundan əlavə, komanda hesabında da qaliblər müəyyənləşəcək.
Yaş qrupları yarışlarında hər bir proqram üzrə təsnifat və final mərhələləri baş tutacaq. Qaydalara əsasən, bir iştirakçı bir neçə proqramda çıxış edə bilər.


Facebook-da paylaş

Xəbəri paylaş