Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Cavid Qurbanov: Əsas hədəflərimizdən biri voleybolu uşaqlar, xüsusən də qızlar arasında inkişaf etdirməkdir

Cavid Qurbanov: Əsas hədəflərimizdən biri voleybolu uşaqlar, xüsusən də qızlar arasında inkişaf etdirməkdir


Azərbaycan Voleybol Federasiyasının əsas hədəfləri komandaların sayını artırmaq, dünya təcrübəsinə əsaslanaraq ali təhsil müəssisələrində klubların yaradılmasına nail olmaq, voleybolun kütləviliyini təmin etmək və ölkəmizdə idmanın bu növü üzrə ənənələri daha da inkişaf etdirməkdir.
BrendSport.az xəbər verir ki, bu fikirləri noyabrın 26-da yenidən Azərbaycan Voleybol Federasiyasının prezidenti seçilən Cavid Qurbanov jurnalistlər üçün təşkil olunan brifinqdə deyib.
Federasiya prezidenti bildirib ki, gələcəkdə uşaq-gənclər idman məktəblərində voleybol bölmələrinin açılması da bu idman növünün inkişafına təkan verə bilər. Bununla bağlı federasiya rəhbərliyi tərəfindən təkliflərin irəli sürüldüyünü bildirən C.Qurbanov uşaq-gənclər idman məktəblərində voleybol üzrə idmançıların hazırlanmasının gələcəkdə bu idman növünün uşaqlar arasında daha da geniş yayılması üçün imkanlar yaradacağını bildirib. O, idmanın bütün növləri kimi voleybolun da inkişaf etdirilməsi üçün ölkəmizdə hər cür şəraitin yaradıldığını vurğulayıb: "Azərbaycanda idmanın inkişafı üçün geniş imkanlar var. Müasir standartlara cavab verən Olimpiya idman kompleksləri, qurğular, stadionlar mövcuddur. Gənc nəsil bu imkanlardan yararlanmalı, idman vasitəsilə hərtərəfli inkişaf etməlidir. Qızların voleybola cəlb edilməsini xüsusi vurğulamaq istəyirəm. Əsas hədəflərdən biri də voleybolu uşaqlar, xüsusilə qızlar arasında inkişaf etdirməkdir”.


Facebook-da paylaş

Xəbəri paylaş