Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Dünya çempionatı: karateçilərimiz komanda yarışında mübarizəni davam etdirirlər

Dünya çempionatı: karateçilərimiz komanda yarışında mübarizəni davam etdirirlər

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki karate üzrə dünya çempionatında komanda kata və kumite yarışları keçirilir.
Azərbaycan Milli Karate Federasiyasının mətbuat xidmətindən BrendSport.az-a bildiriblər ki, Azərbaycanın kişilərdən ibarət kumite komandası yarışa Xorvatiyanı məğlub etməklə başlayıb. Hindistan komandasından sonra Yaponiya karateçilərinə də qalib gələn idmançılarımız növbəti mərhələdə Serbiya yığması ilə görüşəcəklər.
Qadın milli komandamız isə ilk görüşdə italiyalı rəqiblərinə uduzub.
Qeyd edək ki, turnirdə karateçilərimizdən İrina Zaretska (68 kq) finala yüksəlib, Asiman Qurbanlı (+84 kq) isə bürünc medal görüşünə vəsiqə qazanıb. Dünya çempionatında Azərbaycanı 17 karateçi təmsil edir.
Yarış noyabrın 21-dək davam edəcək.


Facebook-da paylaş

Xəbəri paylaş