Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Qarabağ” – “Omoniya” oyununun biletləri satışa çıxarılıb

“Qarabağ” – “Omoniya” oyununun biletləri satışa çıxarılıb

Ağdamın “Qarabağ” klubunun UEFA Konfrans Liqasının qrup mərhələsinin beşinci turunda Kiprin “Omoniya” komandası ilə keçirəcəyi ev oyununun biletləri satışa çıxarılıb.
BrendSport.az xəbər verir ki, biletlərin qiyməti müvafiq olaraq 3, 5, 10, 50 və 75 manat təşkil edir.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyuna COVID-19 pandemiyası ilə əlaqədar arena tutumunun 50 faizi qədər azarkeş tribunalara buraxılacaq.
Matç gec saatlarında başa çatacağı üçün “Qarabağ” klubunun “Bakı Metropoliteni” QSC-yə ünvanladığı məktuba müsbət cavab verilib. Noyabrın 25-dən 26-na keçən gecə metronun “Gənclik”, “Nəriman Nərimanov” və “28 May” stansiyalarına giriş saat 01:00-dək sərnişinlər üçün açıq olacaq.
Qeyd edək ki, noyabrın 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Omoniya” görüşü saat 21:45-də başlayacaq. Azərbaycan təmsilçisi artıq pley-offa vəsiqəni təmin edib.


Facebook-da paylaş

Xəbəri paylaş