Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Qələbə qaçışı” xeyriyyə tədbiri başa çatıb

“Qələbə qaçışı” xeyriyyə tədbiri başa çatıb

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Bakıda keçirilən “Qələbə qaçışı” adlı xeyriyyə tədbiri başa çatıb.
BrendSport.az xəbər verir ki, “Qürurla irəli” şüarı ilə təşkil edilən qaçış ötən il rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərin ildönümünə həsr olunub.
Xeyriyyə aksiyasının məqsədi xalqımızın həmrəyliyini, dövlət-xalq birliyini bir daha nümayiş etdirməklə, Vətən uğrunda canını fəda etmiş, yaralanmış qazilərə dəstək olmaq, müharibə dövründəki qalib xalq ruhunu daim yaşatmaqdır.
“Qələbə qaçışı” Dənizkənarı Milli Parkda, “Elektra Hall”un qarşısından start götürüb və 5000 metrlik məsafəni əhatə edərək Bakı Dəniz Vağzalının qarşısında başa çatıb.
Qaçış başa çatdıqdan sonra mükafatlandırma mərasimi təşkil olunub.
“Qələbə qaçışı”ndan sonra bütün iştirakçıların “e-mail” ünvanlarına təşkilatçıların təşəkkür əlaməti olaraq elektron sertifikatlar göndəriləcək.


Facebook-da paylaş

Xəbəri paylaş