Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Bakıda “Qələbə qaçışı” adlı xeyriyyə tədbiri keçirilir

Bakıda “Qələbə qaçışı” adlı xeyriyyə tədbiri keçirilir

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Bakıda “Qələbə qaçışı” adlı xeyriyyə tədbiri keçirilir.
BrendSport.az xəbər verir ki, “Qürurla irəli” şüarı ilə təşkil edilən qaçış ötən il rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərin ildönümünə həsr olunub.
Xeyriyyə aksiyasının məqsədi xalqımızın həmrəyliyini, dövlət-xalq birliyini bir daha nümayiş etdirməklə, Vətən uğrunda canını fəda etmiş, yaralanmış qazilərə dəstək olmaq, müharibə dövründəki qalib xalq ruhunu daim yaşatmaqdır. Qaçış xeyriyyə aksiyası olmaqla yanaşı, həm də bədən tərbiyəsinin kütləviliyinə marağı artırmaq, idmanın inkişafına nail olmaq və əhali arasında sağlam həyat tərzinin təbliği baxımından faydalı olacaq.
Qaçışda iştirak üçün say limiti tətbiq olunub. Qeydiyyatdan ilk keçənlər qaliblər sırasında olmaq imkanı qazanıblar.
Qaçışa qoşulmaq istəyən hər kəs “YAŞAT” Fonduna minimum 20 manat iştirak haqqı ödəyib.
“Qələbə qaçışı” Dənizkənarı Milli Parkda, “Elektra Hall”un qarşısından start götürüb və 5000 metrlik məsafəni əhatə edərək Bakı Dəniz Vağzalının qarşısında başa çatacaq.
Günün maraqlı davamı üçün təşkilatçılar finişdə proqram hazırlayıblar. Tədbirin qaçış hissəsi başa çatdıqdan sonra iştirakçıları urban (şəhər) idmanı master klasları, maraqlı tədbirlər və digər sürprizlər gözləyir.
“Qələbə qaçışı”ndan sonra bütün iştirakçıların “e-mail” ünvanlarına təşkilatçıların təşəkkür əlaməti olaraq elektron sertifikatlar göndəriləcək.


Facebook-da paylaş

Xəbəri paylaş