Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Tovuz Rayon Gənclər və İdman İdarəsi “Unutma, YAŞAT” futbol turnirinin qalibi olub

Tovuz Rayon Gənclər və İdman İdarəsi “Unutma, YAŞAT” futbol turnirinin qalibi olub


Gənclər və İdman Nazirliyinin həvəskarlar arasında “Unutma, YAŞAT” şüarı ilə təşkil etdiyi minifutbol turnirinə noyabrın 8-də - Zəfər Günündə yekun vurulub.
BrendSport.az xəbər verir ki, 64 komandanın iştirakı ilə başlanan turnirdə bir sıra nazirliklər, idman federasiyaları, ali təhsil müəssisələri, QHT-lər və Gənclər və İdman Nazirliyinin strukturuna daxil olan idarə və təşkilatlar təmsil olunublar.
Finalda Tovuz Rayon Gənclər və İdman İdarəsinin komandası Azərbaycan Güləş Federasiyasına 2:1 hesabı ilə qalib gələrək turnirin baş mükafatına sahib olub.
Üçüncü yeri isə Qax Rayon Gənclər və İdman İdarəsinin komandasına 6:1 hesabı ilə qalib gələn Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsi tutub.
İlk üç yeri tutan komandaya diplom, kubok və medallar təqdim edilib.
Bundan başqa, turnirin ən yaxşı oyunçusu Hacı Əliyev (Azərbaycan Güləş Federasiyası), ən yaxşı qapıçı Seymur Bəydəmirov (Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsi) və bombardiri Azər Mehtiyev (Sumqayıt ŞGİBİ) xüsusi kuboklara layiq görülüblər.
Oqtay Abdullayev isə turnirin ən yaşlı iştirakçısı seçilib.
Turnirin mükafatlandırma mərasimində gənclər və idman naziri Fərid Qayıbov, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, bir sıra idman qurumlarının rəhbərləri, futbol veteranları və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.


Facebook-da paylaş

Xəbəri paylaş