Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Qurban Qurbanov: Sabah məğlubiyyətsizlik seriyasını davam etdirməyi deyil, oyunun vacibliyini düşünərək meydana çıxacağıq

Qurban Qurbanov: Sabah məğlubiyyətsizlik seriyasını davam etdirməyi deyil, oyunun vacibliyini düşünərək meydana çıxacağıq


Avrokuboklarda məğlubiyyətsizlik seriyasını davam etdirmək təbii ki, xoşdur. Ancaq bu, həm də müəyyən mənada narahatlıq yaradır. Bu seriyanı davam etdirmək istəyirik. Amma hər uğurlu nəticənin bir sonu olur. Bu gün ümumiyyətlə bu barədə düşünmürük. Turnirdəki hər oyuna maksimum hazırlaşır, maksimum motivə olmağa çalışırıq. Sabah bu seriyanın davam etdirməyi deyil, oyunun vacibliyini düşünərək meydana çıxacağıq. Məğlubiyyətsizlik seriyasını davam etdirə biliriksə, deməli, daha ciddi hazırlaşmışıq. Bütün fikrimiz və diqqətimiz sabah meydanda ən yaxşısını etməkdir. Oyunçuları meydana ən yaxşı formada çıxarmaq niyyətindəyik.
BrendSport.az xəbər verir ki, bu fikirləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov komandasının UEFA Konfrans Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində Qazaxıstanda “Kayrat”a qarşı keçirəcəyi oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis hazırda 7 xalı olan “Qarabağ”ın qrupdan çıxmaq şanslarının dəyərləndirərkən bildirib: “Bizim sabahkı matçla birlikdə qarşıda hələ üç oyunumuz var. Hər matçda qalib gəlmək və yaxşı oynamaq istəyirik. Qarşımıza məqsəd qoymuşuq ki, istənilən rəqibə qarşı yaxşı mübarizə aparaq. Bu gün futbolda mübarizə son dərəcə önəmlidir. Biz bunu bacarsaq, inanıram ki, oyunumuz daha da yaxşılaşacaq. Belə olacağı halda, nəticə daha çox bizim düşündüyümüz kimi olacaq. Sabahkı qarşılaşmada qrupdan çıxmaq şansımız varsa, çalışacağıq ki, bundan maksimum istifadə edək”.
“Kayrat” klubunun təcrübəli baş məşqçisinin olduğunu vurğulayan Qurban Qurbanov qeyd edib: “Komanda kollektiv oyuna üstünlük verir, çox intizamlı müdafiə olunur. Əks-hücumlarda isə çox təhlükəlidirlər. Futbolçular bir-birilərini yaxşı anlayırlar, topla və topsuz nə etdiklərini bilirlər. İntizamlı olan komanda həmişə təhlükəlidir. Buna görə sonadək diqqətli olmalıyıq. Bakıdakı oyunun əvvəlində də bildirmişdim ki, “Kayrat”a qalib gəlmək istəyiriksə, daha ciddi olmalı və yaxşı oynamalıyıq. Çünki rəqib sabah qalib gəlmək üçün bəlkə də karyerasının ən yaxşı oyununu göstərəcək. Həqiqətən bu komandaya, baş məşqçiyə və oyun üslublarına hörmətlə yanaşıram”.
Qeyd edək ki, noyabrın 4-də "Aralık" stadionunda keçiriləcək “Kayrat” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.


Facebook-da paylaş

Xəbəri paylaş