Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



İki qadın güləşçimiz U-23 dünya çempionatında mübarizə aparıb

İki qadın güləşçimiz U-23 dünya çempionatında mübarizə aparıb


Serbiyanın paytaxtı Belqradda güləş üzrə U-23 dünya çempionatı davam edir.
BrendSport.az xəbər verir ki, üçüncü yarış günündə - noyabrın 3-də 2 qadın güləşçimiz mübarizəyə qoşulub.
Təmsilçimiz Şəhanə Nəzərova (50 kq) debütdə Çin Taypeyindən olan rəqibinə məğlub olub. Yarışa dörddəbir finaldan qoşulan Elnurə Məmmədova (55 kq) isə türkiyəli güləşçiyə uduzub.
Qeyd edək ki, bu gün iki yunan-Roma güləşçimiz medal görüşünə çıxacaq. Həsrət Cəfərov (67 kq) finalda İran təmsilçisi Məhəmməd Cavad Rezayi ilə üz-üzə gələcək. Ülvi Qənizadə (72 kq) isə bürünc medal uğrunda digər iranlı idmançı Amir Abdi ilə güləşəcək.


Facebook-da paylaş

Xəbəri paylaş