Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan komandası vado-kai karate üzrə Avropa çempionatında iştirak edəcək

Azərbaycan komandası vado-kai karate üzrə Avropa çempionatında iştirak edəcək

Noyabrın 5-6-da Almaniyanın Halle şəhərində vado-kai karate üzrə 48-ci Avropa çempionatı keçiriləcək.
Azərbaycan Milli Karate Federasiyasından BrendSport.az-a bildiriblər ki, qitə çempionatında ölkəmizi Azərbaycan Vado-Ryu Karate-Do Federasiyasının prezidenti, Əməkdar bədən tərbiyəsi və idman xadimi, 5-ci dan qara kəmər sahibi Vilayət Əmirovun rəhbərliyi altında idmançı, məşqçi və hakim heyəti təmsil edəcək.
Komandanın üzvləri arasında milli komandanın idmançıları Fərid Ağayev (75 kq) və Abbas Dadaşov (84 kq) 18-21 yaşlı gənclər, həmçinin böyüklər arasında yarışacaqlar. Karateçilərimiz çempionatda fərdi çıxışla yanaşı, komanda yarışlarında da iştirak edəcəklər.
Almaniyaya yollanan komandanın heyətində Əməkdar məşqçi, Avropa Vado-Kai Karate Federasiyasının Azərbaycandakı rəsmi nümayəndəsi Gündüz Mahmudov və hakim Vidadi Mahmudov da yer alıblar.


Facebook-da paylaş

Xəbəri paylaş