Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş qılıncoynatma üzrə turnir keçirilib

Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş qılıncoynatma üzrə turnir keçirilib

Azərbaycan Texniki Universitetin İdman Sarayının qılıncoynatma zalında Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş turnir keçirilib.
BrendSport.az xəbər verir ki, Yasamal Rayon Gənclər və İdman İdarəsinin və Azərbaycan Qılıncoynatma Federasiyasının birgə təşkilatçılığı ilə baş tutan yarış “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunmuş şəhid Denis Əliyevin, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş Dmitriy Solnsevin xatirəsinə həsr olunub.
Qırx nəfərə yaxın oğlan şpaqaçı arasında keçirilən xatirə turnirinin qalibi Ruslan Həsənov olub. Yarışda ikinci yeri Fərrux Səfərov, üçüncü yeri isə Barat Quliyev və Fuad Qurbanov tutublar.


Facebook-da paylaş

Xəbəri paylaş