Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Futbol hər yerdə" layihəsi çərçivəsində Qusarda festival təşkil olunub

"Futbol hər yerdə" layihəsi çərçivəsində Qusarda festival təşkil olunub

"Futbol hər yerdə" layihəsi çərçivəsində Qusar rayonunun Şirvanlı kəndindəki stadionda bərpa işləri görülüb və futbol festivalı keçirilib.
BrendSport.az xəbər verir ki, layihə çərçivəsində stadiona yeni qapılar, künc bayraqları quraşdırılıb, qazon biçilib, meydança xətlənib, stadiona toplar və digər ləvazimatlar, eyni zamanda, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovun Şirvanlı kəndinə səfəri zamanı razılaşdırıldığı kimi, otbiçən maşın hədiyyə olunub.
Bərpa işlərindən sonra AFFA-nın Kütləvi Futbol Departamentinin rəisi Fərrux İsmayılov, futbol veteranları İlqar Qurbanov, Vüqar Nadirov və AFFA əməkdaşlarından ibarət komanda ilə kənd sakinlərindən ibarət komanda arasında yoldaşlıq oyunu keçirilib.
Tədbirin sonunda uşaqlara hədiyyələr təqdim olunub.


Facebook-da paylaş

Xəbəri paylaş