Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Didye Droqba Dünya Səhiyyə Təşkilatının xoşməramlı səfiri təyin edilib

Didye Droqba Dünya Səhiyyə Təşkilatının xoşməramlı səfiri təyin edilib


Didye Droqba Dünya Səhiyyə Təşkilatının (DST) idman və sağlamlıq məsələləri üzrə xoşməramlı səfiri təyin edilib.
BrendSport.az xəbər verir ki, veteran futbolçu qurumun fiziki fəallıq və sağlam həyat tərzinin digər növləri üzrə məsləhət və tövsiyələrinə dəstək verəcək. Həmçinin gəncləri idmanla məşğul olmağın vacibliyi ilə bağlı məlumatlandıracaq.
DST-nin rəhbəri Tedros Adanom Gebreyesus Droqbanı meydanda və ondan kənarda oyunu dəyişən sınanmış çempion kimi təqdim edib.
Kot d’İvuar yığmasının sabiq hücumçusu təşkilatın İsveçrənin Cenevrə şəhərindəki mənzil-qərargahında keçirilən təqdimat mərasimində çıxış edib: “Dünya Səhiyyə Təşkilatı ilə əməkdaşlıq etmək və bu qurumun insanların, xüsusilə bütün ölkələrdə gənclərin sağlamlığı sahəsində ən yüksək göstəricilərə nail olmaq məqsədi ilə gördüyü işlərə dəstək vermək mənim üçün böyük şərəfdir”.


Facebook-da paylaş

Xəbəri paylaş