Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

Pencak-Silat Federasiyası ölkəmizi ABŞ da təmsil edəcək




Bakıda VAR sistemi ilə bağlı təlim davam edir

Bakıda VAR sistemi ilə bağlı təlim davam edir


Bakı Olimpiya Stadionunun iclas zalında Azərbaycan Premyer Liqasının oyunlarını idarə edən hakimlər və hakim köməkçilərinin, həmçinin Birinci Divizion qarşılaşmalarına təyinat alan bəzi referilərin iştirakı ilə təlim davam edir.
BrendSport.az AFFA-ya istinadla xəbər verir ki, FIFA-nın təlimatçısı Valentin İvanov ZOOM platforması üzərindən təlimə qoşularaq VAR (Video köməkçi hakim) protokolunun tətbiqi sahəsində hakimləri məlumatlandırıb.
Oyunlardan videogörüntülər nümayiş etdirilərək VAR-ın hansı epizodlarda, hansı qayda pozuntularında və nə zaman müdaxilə etməli olduğunu iclas iştirakçılarının diqqətinə çatdırıb.
İki gün davam edəcək təlimdə Valentin İvanov və AFFA Hakimlər Komitəsinin sədri Fritz Stuçlik VAR protokolu barədə hakimlərin suallarını cavablandıracaq.


Facebook-da paylaş