Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan Premyer Liqasının VII turuna start verilib

Azərbaycan Premyer Liqasının VII turuna start verilib


Oktyabrın 15-də futbol üzrə Azərbaycan Premyer Liqasında VII tura start verilib.
BrendSport.az xəbər verir ki, günün ilk oyununda “Səbail” klubu öz meydanında “Keşlə”ni qəbul edib. Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdəki qollar ikinci hissədə vurulub.
Matçın 68-ci dəqiqəsində Tərlan Quliyev cərimə zərbəsindən hesabı açaraq “Keşlə”ni hesabda önə çıxarıb. Üç dəqiqə sonra Rauf Əliyev bərabərlik qoluna imza atıb. Qarşılaşmanın 81-ci dəqiqəsində isə Anatole Abanq “Keşlə”yə qələbə qazandıran qolu vurub.
Bu nəticədən sonra xallarının sayını 7-ə çatdıran “Keşlə” klubu “Sumqayıt”la birlikdə 5-6-cı yerləri bölüşürlər. “Dənizçilər” isə 6 xalla 7-ci pillədədir.
Günün digər matçında “Qəbələ” klubu "Zirə" ilə üz-üzə gəlir.
Tura isə oktyabrın 17-də oynanılacaq "Sumqayıt" - "Neftçi" və "Sabah" - "Qarabağ" matçları ilə yekun vurulacaq.


Facebook-da paylaş

Xəbəri paylaş