Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

Pencak-Silat Federasiyası ölkəmizi ABŞ da təmsil edəcək




Azərbaycan sumoçuları Avropa kuboku turnirində iki qızıl medal qazanıblar

Azərbaycan sumoçuları Avropa kuboku turnirində iki qızıl medal qazanıblar

Almaniyanın Brandenburq şəhərində sumo üzrə böyüklər arasında Avropa kuboku keçirilib.
BrendSport.az xəbər verir ki, bu yarışda 12 ölkədən 150 nəfərdən çox idmançı iştirak edib.
Azərbaycanı Samir Abdullayevin rəhbərlik altında Eyvazov Məhərrəm (70 kq) və Mustafayev Cavid (77 kq) təmsil ediblər. Hər iki sumoçumuz bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar. Məhərrəm Eyvazov (70 kq) ardıcıl Fransa, Almaniya, Macarıstan və finalda Polşa sumoçusunu məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Cavid Mustafayev (77 kq) isə Macarıstan, İtaliya, Almaniya və Ukrayna rəqiblərinə qalib gələrək birinci olub.
Komandamız ümumi medal hesabında üçüncü pillədə qərarlaşıb.


Facebook-da paylaş