Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Akrobatika gimnastlarımız Avropa Yaş Qrupları Yarışlarında ikinci olublar

Akrobatika gimnastlarımız Avropa Yaş Qrupları Yarışlarında ikinci olublar


Akrobatika gimnastikası üzrə Azərbaycan yığmasının üzvləri İtaliyanın Pesaro şəhərində təşkil edilmiş Avropa Yaş Qrupları Yarışlarında uğurla çıxış ediblər.
BrendSport.az Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki,
12-19 yaşlı idmançılar arasında mübarizə aparmış Milana Əliyeva və Nizam Xamidulindən ibarət qarışıq cütlüyümüz final mərhələsinə adlamağı bacarıblar. Həlledici mərhələdə isə qarışıq hərəkətlər proqramı üzrə nümayiş etdirdikləri kompozisiyalarına görə perspektivli gimnastlarımız 27,200 xal toplayaraq gümüş medal qazanıblar.
Yarışda 12-19 yaşlı idmançılar arasında Samirə Rüstəmova və Rauf Cabbarovdan ibarət daha bir qarışıq cütlüyümüz də iştirak edib. Təəssüf ki, onlar final mərhələsinə adlaya bilməyiblər.


Facebook-da paylaş

Xəbəri paylaş