Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Sumqayıt” - “Qəbələ” oyununda qalib müəyyənləşməyib

“Sumqayıt” - “Qəbələ” oyununda qalib müəyyənləşməyib


Sentyabrın 26-da futbol üzrə Azərbaycan Premyer Liqasında V turun son oyunu keçirilib.
BrendSport.az xəbər verir ki, "Kapital Bank Arena"da "Sumqayıt" və "Qəbələ" komandaları üz-üzə gəlib.
FIFA referisi Elçin Məsiyevin idarə etdiyi qarşılaşma qolsuz yekunlaşıb - 0:0.
Görüşün 90-cı dəqiqəsində maraqlı epizod yaşanıb. Məsiyev əvvəlcə "Sumqayıt"ın, daha sonra "Qəbələ"nin autu səhv yerinə yetirdiklərini bildirərək, topu rəqib tərəfə verib.
Bu nəticədən sonra xalını 10-a çatdıran "Qəbələ" "Qarabağ"ı topların fərqində keçərək, birinci pilləyə yüksəlib. Xalını 7-yə yüksəldən "Sumqayıt" isə 5-ci pilləyə qalxıb.
Qeyd edək ki, V turun əvvəlki oyunlarında "Qarabağ" evdə "Keşlə" ilə heç-heçə edib - 1:1. "Zirə" səfərdə "Səbail"i, "Neftçi" isə "Sabah"ı eyni hesablı məğlubiyyətə uğradıb - 2:1.


Facebook-da paylaş

Xəbəri paylaş