Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan idmançısı “Pekin-2022” Qış Olimpiya Oyunlarına lisenziya qazanıb

Azərbaycan idmançısı “Pekin-2022” Qış Olimpiya Oyunlarına lisenziya qazanıb


Yeddi ölkənin idmançıları “Pekin-2022” Qış Olimpiya Oyunlarında kişi konkisürənlər arasında fərdi proqramda iştirakını təmin ediblər. Həmin idmançılar arasında Azərbaycan təmsilçisi də var.
BrendSport.az xəbər verir ki, təmsilçimiz Vladimir Litvintsev Almaniyanın Oberstdorf şəhərində Olimpiadaya təsnifat xarakteri daşıyan "Nebelhorn Trophy" turnirində uğurla çıxış edərək Qış Olimpiya Oyunlarına vəsiqəni təmin edib. İdmançımız yarışda məşqçisi Sergey Rozanovun rəhbərliyi altında mübarizə aparıb.
V.Litvintsevlə yanaşı, ABŞ, Rusiya, Fransa, Koreya Respublikası, Kanada və Avstraliya atletləri də “Pekin-2022”də iştirak hüququ qazanıblar.
ABŞ və Rusiya Olimpiadada kişi konkisürənlərin fərdi proqram üzrə yarışlarına 3, Fransa, Koreya Respublikası, Kanada 2, Azərbaycan və Avstraliya isə 1 idmançı ilə qatılacaqlar.
Qeyd edək ki, “Pekin-2022” Qış Olimpiya Oyunları gələn il fevralın 4-dən 20-dək keçiriləcək.


Facebook-da paylaş

Xəbəri paylaş