Faydalı saytlar


Reklam



Azərbaycan Gimnastika Federasiyası “Könüllülər proqramı”na start verib

Azərbaycan Gimnastika Federasiyası “Könüllülər proqramı”na start verib


Azərbaycan Gimnastika Federasiyası (AGF) 2021-ci ilin noyabrında Bakıda keçirilməsi planlaşdırılan batut gimnastikası üzrə dünya çempionatının (18-21 noyabr) və dünya yaş qrupları yarışlarının (25-28 noyabr) təşkili üçün ilkin hazırlıq işlərinin görülməsi məqsədilə “Könüllülər proqramı”na start verib.
BrendSport.az AGF-yə istinadla xəbər verir ki, proqrama seçilən şəxslər Azərbaycan paytaxtında keçiriləcək həmin yarışlarda könüllü kimi fəaliyyət göstərərək dil biliklərini inkişaf etdirəcək, idman yarışlarının təşkili sahəsində təcrübə və yeni biliklər qazanacaqlar.
Könüllülərin yarışlarda fəaliyyətinin keyfiyyətli təşkili məqsədilə gimnastika yarışlarının təşkili, yarışların keçirilmə qaydaları, gimnastika yarışlarının mahiyyəti üzrə ümumi təlim, yarışların keçiriləcəyi Milli Gimnastika Arenasının xidmət sahələri ilə tanışlıq, könüllülərin cəlb olunacağı xidmət sahələrinin fəaliyyəti haqqında təlim və seminarlar təşkil olunacaq.
AGF-in təşkil etdiyi beynəlxalq yarışlarda könüllülər müxtəlif sahələr üzrə fəaliyyət göstərəcəklər. Belə ki, könüllülər yarışların təşkili, mətbuat, akkreditasiya, komandalara dəstək, mükafatlandırma, tibb, texniki dəstək, nəqliyyat xidmətləri və digər sahələrdə fəaliyyət göstərmək imkanı qazanacaqlar.
“Könüllülər proqramı” layihəsinə qatılmaq istəyən şəxslər sentyabrın 25-dək https://bit.ly/3C1S5sy internet səhifəsinə daxil olaraq, elektron ərizə formasını doldurub müraciət edə bilərlər.


Facebook-da paylaş