Faydalı saytlar


Reklam



Vyana Şəhər Marafonu yenidən bərpa olunub

Vyana Şəhər Marafonu yenidən bərpa olunub


Sentyabrın 12-də Vyana şəhərində ənənəvi 38-ci şəhər marafonu keçirilib.
BrendSport.az xəbər verir ki, koronavirus pandemiyasına görə keçirilməsi mümkün olmayan marafon iki illik fasilədən sonra yenidən peşəkar və həvəskar idmançıların iştirakı ilə baş tutub. Beynəlxalq yarışda kişilər arasında ilk yeri keniyalı Leonar Lanqat (2:09:25) tutub. Sonrakı yerlərdə isə Efiopiya, Keniya və Yaponiya idmançıları qərarlaşıblar. Qadınlar arasında da fəxri kürsünün ən yuxarı pilləsinə Keniya təmsilçisi Vibian Çepkirui (2:24:29) yüksəlib.
2019-cu ildə keçirilən Vyana Şəhər Marafonu iştirakçı sayına görə rekorda imza atmışdı və 120-dən artıq ölkədən 42 mindən artıq peşəkar və həvəskar idmançı həmin marafona qatılmışdı. Builki marafonda isə 620 atlet start xəttinə çıxıb. Təşkilatçılar iştirakçı sayının az olmasına baxmayaraq marafonun baş tutmasını müsbət və ümidverici hadisə kimi dəyərləndiriblər.


Facebook-da paylaş