Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Türkiyənin "Qalatasaray" klubu kolumbiyalı hücumçu ilə yollarını ayırıb

Türkiyənin "Qalatasaray" klubu kolumbiyalı hücumçu ilə yollarını ayırıb


Türkiyənin “Qalatasaray” klubu kolumbiyalı hücumçu Radamel Falkao ilə yollarını ayırıb.
BrendSport.az xarici KİV-lərə istinadla xəbər verir ki, hücumçunun müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib. “Football Espana” nəşrinin məlumatına görə, 35 yaşlı futbolçu artıq İspaniyanın "Rayo Vallekano" klubuna keçməyə razılıq verib. Onun "Rayo Vallekano" ilə müqaviləsinin iki mövsüm davam edəcəyi bildirilib.
Qeyd edək ki, R.Falkao 2019-cu ilin yayından "Qalatasaray"ın heyətində çıxış edib. Bu müddət ərzində o, Türkiyədə keçirdiyi 43 matçda 20 qol vurub, 3 məhsuldar ötürmə edib.


Facebook-da paylaş

Xəbəri paylaş