Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Şəhriyar Məmmədyarov “Aimchess USRapid” turnirində mübarizəyə başlayır

Şəhriyar Məmmədyarov “Aimchess USRapid” turnirində mübarizəyə başlayır

Azərbaycan qrosmeysteri Şəhriyar Məmmədyarov şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn seriyasının sonuncu mərhələsi - “Aimchess USRapid” turnirində mübarizəyə başlayır.
BrendSport.az xəbər verir ki, şahmatçımız bu gün ilk 5 turda mübarizə aparacaq. Belə ki, Ş.Məmmədyarov ilk turda fransalı Maksim Vaşe-Laqrav, ikinci turda amerikalı Leyner Dominqes, daha sonra polşalı Yan Kşiştov Duda ilə qarşılaşacaq. Günün son iki turunda isə Ş.Məmmədyarov rusiyalı Vladislav Artemiyev və niderlandlı Aniş Giri ilə üz-üzə gələcək.
Turnirdə, ümumilikdə 16 şahmatçı iştirak edəcək.
Yarış sentyabrın 5-dək davam edəcək. Yarışın mükafat fondu 100 min ABŞ dollarıdır.
“Champions Chess Tour”un final mərhələsi sentyabrın 25-də start götürəcək. Yarışın mükafat fondu 300 min ABŞ dolları olacaq.


Facebook-da paylaş

Xəbəri paylaş