Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycanın yunan-Roma güləşçisi gənclər arasında dünya çempionatının qalibi olub

Azərbaycanın yunan-Roma güləşçisi gənclər arasında dünya çempionatının qalibi olub


Rusiyanın Ufa şəhərində keçirilən gənc güləşçilər arasında dünya çempionatının sonuncu günündə - avqustun 22-də Azərbaycan pəhləvanları 1 qızıl və 1 bürünc medal qazanıblar.
BrendSport.az xəbər verir ki, qızıl medalı komandamızın aktivinə Həsrət Cəfərov (67 kq) yazdırıb. Azərbaycan pəhləvanı finalda ermənistanlı Sahak Hovannisyana 7:0 hesabı ilə qalib gələrək dünya çempionu adını qazanıb.
Çempionatın sonuncu günündə üç yunan-Roma güləşçimiz xalça üzərinə çıxıb.
Təsnifat mərhələsində finlandiyalı Nestori Mannilanı (10:0) məğlub edən Azərbaycan pəhləvanı H.Cəfərov səkkizdəbir finalda gürcü Luka Oçiqavaya (12:3), dörddəbir finalda rusiyalı Muslim İmadayevə (3:2) qalib. Yarımfinalda Fransa təmsilçisi Qaqik Snjoyanı 10:0 böyük hesabla məğlubiyyətə uğradan H.Cəfərov finala yüksəlib.
Çempionatda 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Nihat Məmmədli səkkizdəbir finalda Hindistan idmançısını çətinlik çəkmədən üstələyib – 9:0. Dörddəbir finalda Tacikistandan olan rəqibinə də heç bir şans tanımayan (8:0) N.Məmmədli adını yarımfinala yazdırıb. Ancaq idmançımız yarımfinalda Rusiya güləşçisi Dinislam Bammatova uduzub - 0:9. N.Məmmədli bürünc medal uğrunda qarşılaşmada Özbəkistan təmsilçisi Şerməhəmməd Şaribcanova qalib gəlib – 5:1.
Xasay Həsənli (72 kiloqram) debütdə İsveçrə güləşçisindən güclü olsa da, dörddəbir finalda son Avropa çempionu olan gürcüstanlı Giorgi Çixikvadze ilə bacarmayıb. Ancaq Gürcüstan pəhləvanı finala yüksəldiyi üçün X.Həsənli təsəlliverici görüşdə iştirak hüququ qazanıb. Güləşçimiz təsəlliverici görüşdə Belarus təmsilçisi Andrey Kavalevskiyə qalib gəlsə də, bürünc medal uğrunda görüşdə uğur qazana bilməyib.
Qeyd edək ki, ötən gün yunan-Roma güləşçilərimizdən Sərxan Məmmədov (130 kiloqram) gümüş, Elmir Əliyev (55 kiloqram) bürünc medala sahib olublar.


Facebook-da paylaş

Xəbəri paylaş