Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Avropa birinciliyində uğurla çıxış edən yeniyetmə cüdoçularımız Vətənə qayıdıblar

Avropa birinciliyində uğurla çıxış edən yeniyetmə cüdoçularımız Vətənə qayıdıblar


Latviyanın paytaxtı Riqada keçirilən Avropa birinciliyində uğura imza atan Azərbaycanın yeniyetmələrdən ibarət cüdo komandası Vətənə dönüb.
Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən BrendSport.az-a verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançılarımızı federasiyanın əməkdaşları, idman ictimaiyyətinin nümayəndələri və cüdoçuların yaxınları qarşılayıblar.
Mötəbər yarışda Azərbaycan milli komandası 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb. Təmsilçilərimizdən Xəyal Həsənov (50 kq), İslam Rəhimov (55 kq) və Aydan Vəliyeva (48 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olublar. Yalnız həlledici final görüşündə məğlub olan Aydın Rzayev (60 kq) gümüş medala layiq görülüb. Digər cüdoçularımız - Babarəhim Mirzəyev (50 kq) və Zahir Ağazadə (60 kq) isə nüfuzlu yarışı bürünc medalla başa vurublar.
Azərbaycanın yeniyetmələrdən ibarət millisi ümumi komanda hesabında Rusiya yığmasından sonra ikinci yeri tutub. Cüdoçularımız İsrail, Fransa, Almaniya, Ukrayna, Gürcüstan, Belçika, İsveçrə və İtaliya kimi böyük cüdo ənənələri olan ölkələri qabaqlayıblar.
Qeyd edək ki, 37 ölkənin komandalarının mübarizə apardığı qitə birinciliyinə milli komandamız 14 yeniyetmə cüdoçu (10 oğlan, 4 qız) ilə qatılmışdı.


Facebook-da paylaş

Xəbəri paylaş