Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan – Portuqaliya oyununun biletləri satışa çıxarılır

Azərbaycan – Portuqaliya oyununun biletləri satışa çıxarılır


Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Portuqaliya oyununun biletləri avqustun 21-dən satışa çıxarılacaq. Matç sentyabrın 7-də saat 20:00-da Bakı Olimpiya Stadionunda start götürəcək.
BrendSport.az AFFA-ya istinadla xəbər verir ki, COVID-19 pandemiyası ilə əlaqədar qarşılaşmaya stadionun azarkeş tutumunun 50 faizi qədər azarkeş buraxılacaq.
Azərbaycan – Portuqaliya oyununa biletləri iticket mobil tətbiqi, veb-saytı və ya “Gənclik Mall”, “28 Mall”da yerləşən iticket bilet satış məntəqələrindən əldə etmək olar.
Pandemiya ilə əlaqədar təması minimuma endirmək məqsədilə biletlər elektron formada təqdim ediləcək. Mobil tətbiq və ya veb-saytdan elektron bilet əldə etdikdə, həmin bilet alıcının e-mail ünvanına göndərilir və ya şəxsi kabinetində görünür.
Bilet satış məntəqəsindən bilet əldə etdikdə, elektron bilet alıcının e-mail ünvanına göndərilir, ehtiyac olarsa, A4 formatında çap edilib təqdim olunur. Oyun günü stadiona daxil olmaq üçün elektron bileti telefondan oxutmaq və ya A4 formatında çap edilmiş bileti təqdim etmək olar.
Biletlərin qiymətləri kateqoriyalara uyğun olaraq 2, 5, 10 və 15 manatdır.
Azarkeşlər stadiona COVID-19-la bağlı sanitar-gigiyenik proseduralara riayət olunması şərti ilə buraxılacaq.


Facebook-da paylaş

Xəbəri paylaş