Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Neftçi”nin üç futbolçusu “Makkabi” ilə cavab oyununu buraxacaq

Neftçi”nin üç futbolçusu “Makkabi” ilə cavab oyununu buraxacaq


Bakının “Neftçi” klubunun 3 futbolçusu İsraildə “Makkabi” (Hayfa) klubuna qarşı UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununu buraxmalı olacaq.
BrendSport.az xəbər verir ki, Yusuf Laval, Mamadu Mboc və İsmayıl Zülfüqarlı cəzalı olduqları üçün meydana çıxa bilməyəcəklər.
Y.Laval və M.Mboc avrokuboklarda üçüncü sarı vərəqəni alıb, İ.Zülfüqarlı isə Hayfa təmsilçisi ilə Bakıdakı ilk görüşdə ikinci sarı vərəqəni alaraq meydandan qovulub.
Qeyd edək ki, “Neftçi” – “Makkabi” matçı 3:3 hesabı ilə başa çatıb. İsraildəki qarşılaşma avqustun 26-da təşkil olunacaq.


Facebook-da paylaş

Xəbəri paylaş