Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Xüsusi olimpiyaçılar basketbol yarışında güclərini sınayacaqlar

Xüsusi olimpiyaçılar basketbol yarışında güclərini sınayacaqlar


Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə avqustun 18-də Şağan Olimpiya İdman Kompleksinin meydançasında qızlar arasında basketbol üzrə seçmə yarış keçiriləcək.
BrendSport.az xəbər verir ki, xüsusi Olimpiya proqramına uyğun keçiriləcək turnirdə xüsusi internat, tam və inklüziv orta məktəblərin və sosial müəssisənin şagirdləri, məzunları, eyni zamanda ailələrdən olan idmançılar iştirak edəcəklər. Yarışda ümumilikdə, 12 komandanın heyətində 120-yə yaxın atlet mübarizə aparacaq.
Yarışlar 2022-ci ilin beynəlxalq yarışlarına seçmə xarakteri daşıyır.


Facebook-da paylaş

Xəbəri paylaş