Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Grand Chess Tour": Şəhriyar Məmmədyarov üçüncü pillədə qərarlaşıb

"Grand Chess Tour": Şəhriyar Məmmədyarov üçüncü pillədə qərarlaşıb

ABŞ-ın Sent-Luis şəhərində "Grand Chess Tour" şahmat seriyasının dördüncü mərhələsi - "Saint Louis Rapid and Blitz 2021" turniri davam edir.
BrendSport.az xəbər verir ki, Azərbaycan qrosmeysteri Şəhriyar Məmmədyarov daha 3 turda mübarizə aparıb. Şahmatçımız ABŞ təmsilçiləri Cefri Ksionqlə dördüncü turda heç-heçə edib, Sem Şenklanda isə beşinci turda uduzub. Altıncı turda isə Leyner Dominqezə qalib gəlib.
Beləliklə, 6 turun nəticəsinə görə, Ş.Məmmədyarov 6 xalla turnir cədvəlində 3-cü yerdə qərarlaşıb.
Turnir 9 rapid və 18 blits turdan ibarət olacaq. Mərhələnin mükafat fondu isə 150 min ABŞ dolları təşkil edəcək.
Xatırladaq ki, Ş.Məmmədyarov seriyanın birinci mərhələsi "Superbet Chess Classic Romania"ın qalibi olub.


Facebook-da paylaş

Xəbəri paylaş