Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Dünya kuboku: On dörd yaşlı şahmatçılarımız mübarizəyə başlayıblar

Dünya kuboku: On dörd yaşlı şahmatçılarımız mübarizəyə başlayıblar


Yeniyetmə şahmatçılar arasında dünya kuboku turnirinin seçmə yarışları davam edir.
BrendSport.az xəbər verir ki, 10-12-14-16-18 yaşlı yeniyetmələr arasında rapid üzrə onlayn dünya kuboku yarışlarında ölkəmizi müxtəlif yaş qruplarında 29 zəka sahibi təmsil edir.
Bu gün 14 yaşlı şahmatçılar arasında birinci turun oyunları keçirilib. Təmsilçilərimizdən Read Səmədov, Toğrul Əsədli və Hüseyn Seyid yarışa qələbə ilə start veriblər. Digər şahmatçımız İlqar Məmmədov isə məğlub olub.
Artıq 10, 12 yaşlı oğlanlar və 18 yaşlı qızlar arasında seçmə yarışları yekunlaşıb. On iki yaşlıların seçmə yarışında təmsilçimiz Azadəli Cahangirov, 10 yaşlı oğlanların yarışında isə Xaqan Əhməd birinci yeri tutublar.
On səkkiz yaşlı qızlar arasında keçirilən seçmə yarışda isə təmsilçilərimizdən Ayan Allahverdiyeva 3-cü, Gövhər Beydullayeva 7-ci pillədə qərarlaşıblar.
Qeyd edək ki, seçmə mərhələdə hər yaş qrupunda ilk 10 yerin sahibi final mərhələsinə vəsiqə qazanır.
Avqustun 26-dan 31-dək dünya kuboku yarışlarının final mərhələsi keçiriləcək.


Facebook-da paylaş

Xəbəri paylaş