Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



AEL-"Qarabağ" oyununda xoşagəlməz hadisə yaşanıb

AEL-"Qarabağ" oyununda xoşagəlməz hadisə yaşanıb


UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsində “Qarabağ”ın AEL-lə səfər oyununda xoşagəlməz hadisə yaşanıb.
BrendSport.az xəbər verir ki, “AEK Arena”ya toplaşan azarkeşlər Azərbaycan təmsilçisinə qarşı qeyri-etik hərəkətlərə əl atıblar.
Oyun ərzində “Qarabağ”ın texniki zonasının arxasındakı tribunadan təxribatçı şüarlar səsləndirən fanatlar 90+3-cü dəqiqədə Abdullah Zubirin bərabərlik qolundan sonra bunu daha da artırıblar. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov başda olmaqla texniki zonadakılar baş hakimə bununla bağlı etirazlarını bildiriblər.
Hakimin müdaxiləsinə baxmayaraq, kiprli azarkeşlər tərbiyəsiz davranışlarını davam etdiriblər. Nəticədə referi matçın dayandırılmasını qərara alıb.


Facebook-da paylaş

Xəbəri paylaş