Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan velosipedçisi Elçin Əsədov "Tokio-2020" Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb

Azərbaycan velosipedçisi Elçin Əsədov "Tokio-2020" Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb

Azərbaycan velosipedçisi Elçin Əsədov "Tokio-2020" Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
BrendSport.az xəbər verir ki, təmsilçimiz velosiped idmanının şose növündə mübarizə aparır.
Yarışda 57 ölkədən 130 velosipedçi birincilik uğrunda mübarizə aparır. İdmançılar 234 kilometr məsafə qət edəcəklər.
Qeyd edək ki, Azərbaycan milli komandası “Tokio-2020”də 44 idmançı ilə təmsil olunur. Ölkəmiz yeddinci dəfədir Yay Olimpiya Oyunlarında iştirak edir. Olimpiya komandamız, həmçinin 6 Qış Olimpiya Oyunlarında gücünü sınayıb. Milli komandamızın Olimpiya Oyunlarında debütü “Atlanta-1996” Qış Olimpiya Oyunlarına təsadüf edib. Azərbaycan komandası medalların sayına görə ən böyük uğurunu “Rio-2016”da qazanıb. Həmin Olimpiadaya 56 idmançı ilə qatılan komandamız 1-i qızıl, 7-si gümüş və 10-u bürünc olmaqla ümumilikdə 18 medala sahib olub.


Facebook-da paylaş

Xəbəri paylaş