Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Yaponiya İmperatoru Naruhito XXXII Yay Olimpiya Oyunlarını açıq elan edib

Yaponiya İmperatoru Naruhito XXXII Yay Olimpiya Oyunlarını açıq elan edib

Bu gün Tokio Milli Olimpiya Stadionunda Yay Olimpiya Oyunlarının möhtəşəm açılış mərasimi keçirilib.
BrendSport.az-ın xüsusi müxbiri xəbər verir ki, Yaponiya İmperatoru Naruhito XXXII Yay Olimpiya Oyunlarını açıq elan edib.
Sonra idmançıların, hakimlərin və məşqçilərin adından Olimpiya andı içilib. Olimpiya bayrağı Milli Olimpiya Stadionuna gətirilib və Olimpiya himni səsləndirilib.
Açılış mərasimi məşhur yapon tennisçi, “Böyük dəbilqə” turnirinin dördqat qalibi Naomi Osakanın Yay Olimpiya Oyunlarının məşəlini alovlandırması ilə başa çatıb.
Qeyd edək ki, mərasimin gedişində Tokio Olimpiya Oyunlarının təşkilat komitəsinin sədri Haşimoto Seyko çıxış edərək bütün çətinliklərə baxmayaraq, XXXII Olimpiadanın ölkəsində keçirilməsindən qürur duyduğunu deyib. O, müxtəlif ölkələrdən olan atletlərin idman və sülh üçün bir araya gəldiyini bildirərək Tokionun bu prosesə mühüm töhfə verməsindən məmnunluğunu bildirib.
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax isə çıxışında koronavirus pandemiyasının davam etdiyi bu çətin günlərdə Yaponiyanın mötəbər idman tədbirini yüksək səviyyədə keçirmək üçün ciddi hazırlaşdığını vurğulayıb, göstərilən əzmkarlığa görə yapon xalqına minnətdarlığını ifadə edib.


Facebook-da paylaş

Xəbəri paylaş