Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Tokio Olimpiadasının tamaşaçıları idmançıların ürək döyüntülərini ekranda görə biləcək

Tokio Olimpiadasının tamaşaçıları idmançıların ürək döyüntülərini ekranda görə biləcək


Yaponiyanın paytaxtı Tokioda xarici azarkeşlər olmadan keçiriləcək Olimpiya oyunlarının televiziya tamaşaçıları idmançıların ürək döyüntülərini ekranda görə və atletləri online alqışlarla dəstəkləyə biləcək.
BrendSport.az xəbər verir ki, bunu Yaponiyanın Moskvadakı səfiri Toyohişa Kodzuki Olimpiya Oyunlarının açılış günü TASS informasiya agentliyinə müsahibəsində deyib.
Yaponiyalı diplomat televiziya tamaşaçılarının idmanın bütün qüvvəsini ekran vasitəsilə hiss edəcəyinə əminlik ifadə edib.
“Tokioda keçirilən Olimpiya və Paralimpiya Oyunlarında ən yeni xüsusi effekt texnologiyalarından istifadə olunacaq. Məsələn, oxatma yarışında idmançının ürək döyüntüləri ekranda göstəriləcək. Bundan əlavə, yay kamandan buraxılan anda atletin adrenalin səviyyəsinin necə yüksəldiyini də müşahidə etmək mümkün olacaq. Həmçinin tamaşaçılar idmançıları online alqışlar vasitəsilə dəstəkləyə biləcək”, - deyə Toyohişa Kodzuki bildirib.
Onun sözlərinə görə, koronavirus pandemiyası olmasaydı, tribunalarda tamaşaçıların ənənəvi iştirakı ilə bu texnologiyaların tətbiqi daha bir neçə il ləngiyəcəkdi.
Qeyd edək ki, Tokio Olimpiadası 2020-ci il iyulun 24-dən avqustun 9-dək keçirilməli olsa da, koronavirus pandemiyası səbəbindən bir il təxirə salınıb. Oyunların xarici azarkeşlər olmadan 2021-ci il iyulun 23-dən avqustun 9-nə qədər keçirməsi qərara alınıb. Yaponiyalı azarkeşlər isə Tokio da daxil olmaqla altı prefekturada Olimpiya tədbirlərinə buraxılmayacaq.
Tokio Olimpiadasının açılış mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlayıb. Koronavirus pandemiyası ilə bağlı məhdudiyyətlər səbəbindən mərasimdə cəmi 950 rəsmi şəxs iştirak edir.


Facebook-da paylaş

Xəbəri paylaş