Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Bu gün Tokio Olimpiadası çərçivəsində kişilər arasında futbol üzrə yarışlar keçiriləcək


İyulun 22-də Tokio Olimpiadası çərçivəsində kişilər arasında futbol üzrə yarışlara start veriləcək.
BrendSport.az xəbər verir ki, Oyunların rəsmi açılış mərasimi iyulun 23-nə planlaşdırılsa da, ənənəyə görə bəzi idman növləri üzrə yarışlar artıq başlayıb.
Xəbər verdiyimiz kimi, qadınlar arasında softbol və futbol üzrə yarışlar iyulun 21-də baş tutub. İyulun 22-də isə kişilər arasında futbol üzrə ilk görüşlər keçiriləcək.
Həmin gün “A” qrupunda Meksika-Fransa və Yaponiya-CAR oyunları baş tutacaq. Hər iki oyun Tokio Olimpiya stadionunda keçiriləcək.
“B” qrupunda Yeni Zelandiya-Cənubi Koreya və Honduras-Rumıniya komandaları qarşılaşacaqlar. Bu oyunlar “Kaşima” stadionunda olacaq.
“C” qrupunda Misir-İspaniya və Argentina-Avstraliya oyunları keçiriləcək. Həmin komandalar “Sapporo Doum” stadionunda baş tutacaq.
“D” qrupunda isə Kot-Divuar – Səudiyyə Ərəbistanı və Braziliya-Almaniya komandaları qarşılaşacaqlar. Bu oyunlar isə Yokohama stadionunda olacaq.


Facebook-da paylaş

Xəbəri paylaş